İstifadə qaydaları

 

Xahiş edirik, bu İstifadə Qaydalarını diqqətlə oxuyasınız. Bunlar sizin “SAMADOV” şirkətinin web saytına (Sayt) daxil olmaq və istifadə etməyinizi tənzimləmək üçün İstifadə Qaydalarıdır. 

Bu Vebsaytdan istifadə etməklə siz hazırkı İstifadə Şərtlərini qəbul etmiş olursunuz. İstifadə Şərtləri ilə razı deyilsinizsə, sizə bu Vebsaytdan istifadə etməyə icazə verilməyəcək və belə istifadəni dərhal dayandırmalısınız.

Eyni zamanda, siz bütün tətbiq olunan qanun və qaydalarla bağlı olmağınıza razılaşırsınız və hər hansı yerli qanunlara uyğun olduğuna görə cavabdeh olduğunuzu qəbul edirsiniz. Bu şərtlərdən heç biri ilə razı deyilsinizsə, bu Saytdan istifadə və ya daxil olmaq qadağandır.

Məlumatlardan istifadə; Məhdudiyyətlər; Məxfilik Bildirişi

Müvafiq məlumatlarda başqa cür qeyd edilən hallar istisna olmaqla və bu İstifadə Şərtləri üzrə bütün öhdəliklərinizi yerinə yetirmək şərtilə sizə bu Vebsaytdakı məlumatlara baxmaq, surətini çıxarmaq, çap etmək və bölüşmək (dəyişiklik etməməklə) üçün icazə verilir; bu şərtlə ki, (i) belə istifadə yalnız məlumat xarakterli və qeyri-kommersiya məqsədləri üçün olmalıdır və (ii) məlumatların çıxarılmış surətində müəllif hüququ haqqında bildiriş və ya məzmunla əlaqəli digər qeyd əks olunmalıdır.

Bu Vebsayta daxil edilmiş və ya Vebsaytda təsvir olunmuş hər hansı proqram təminatının, müəllif hüquqları ilə qorunan proseslərin və ya texnologiyaların surətini çıxarmaq və ya onlardan istifadə etmək səlahiyyətiniz yoxdur.

Bu Vebsayta daxil olarkən və ondan istifadə edərkən müvafiq qaydalara əməl etməlisiniz.

Sizin fərdi məlumatlarınızın “SAMADOV” şirkəti tərəfindən istifadəsi “SAMADOV” şirkətinin Məxfilik siyasəti əsasında yerinə yetirilir.

Əqli Mülkiyyət Hüquqları

«SAMADOV» söz işarəsi və «SAMADOV» logosu qanunvericiliyə uyğun şəkildə qeydə alınmış əmtəə nişanlarıdır.

Başqa cür müəyyən edilmədiyi təqdirdə Saytda mövcud olan və kimə məxsus olduğuna baxmayaraq bütün əqli mülkiyyət hüquqları (o cümlədən məhdudiyyət olmadan əmtəə nişanları, xidmət nişanları, patentlər, mülkiyyət hüquqları, məlumat bazaları üzərində hüquqlar və bütün digər əqli mülkiyyət hüquqları) öz qanuni sahiblərinə məxsudur və onlardan icazəsiz istifadə etmək qadağandır. Bu əqli mülkiyyət hüquqlarının tərəfinizdən istifadə edilməsi və ya çoxaldılması qadağandır, bunun edilməsi şərtlərin pozulması hesab olunur və üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını və ya bizim əqli mülkiyyət hüquqlarımızı poza bilər.

Məsuliyyətdən İmtina və Məsuliyyət üzrə Məhdudiyyətlər

BU VEBSAYTDA (ELƏCƏ DƏ HƏR HANSI MƏLUMAT VƏ YA ONUN HƏR HANSI HİSSƏSİ ÜZRƏ MƏHDUDİYYƏT OLMADAN) YALNIZ ÜMUMİ MƏLUMATLAR YERLƏŞDİRİLMİŞDİR VƏ BİZ BU VEBSAYT VASİTƏSİLƏ PEŞƏKAR MƏSLƏHƏT VƏ YA XİDMƏTLƏR TƏMİN ETMİRİK. MALİYYƏ SİSTEMİNİZƏ VƏ YA FƏALİYYƏTİNİZƏ TƏSİR EDƏ BİLƏCƏK HƏR HANSI QƏRAR QƏBUL ETMƏZDƏN VƏ YA TƏDBİR GÖRMƏZDƏN ƏVVƏL MÜVAFİQ PEŞƏKAR MƏSLƏHƏTÇİYƏ MÜRACİƏT ETMƏYİNİZ TÖVSİYƏ OLUNUR.

BU VEBSAYTDAKI MƏLUMATLAR OLDUĞU KİMİ TƏQDİM EDİLİR VƏ MÜVAFİQ OLARAQ BİZ BİRBAŞA VƏ YA DOLAYISI İLƏ HƏR HANSI BƏYANAT VƏ YA ZƏMANƏT VERMİRİK. QEYD EDİLƏNLƏRƏ MƏHDUDİYYƏT QOYMADAN BİZ, BU VEBSAYTIN TƏHLÜKƏSİZ OLACAĞINA, SƏHVLƏRİN, VİRUSLARIN VƏ YA ZƏRƏRLİ KODLARIN OLMAYACAĞINA, YAXUD FƏALİYYƏT VƏ YA KEYFİYYƏT ÜZRƏ HƏR HANSI KONKRET MEYARLARA UYĞUN OLACAĞINA DAİR ZƏMANƏT VERMİRİK. BİZ MƏHSUL KEYFİYYƏTİ, MÜLKİYYƏT HÜQUQU, XÜSUSİ MƏQSƏDLƏRLƏ İSTİFADƏYƏ UYĞUNLUQ, ÜÇÜNCÜ TƏRƏFLƏRİN HÜQUQLARININ POZULMAMASI, UYĞUNLAŞMA, TƏHLÜKƏSİZLİK VƏ DƏQİQLİK ÜZRƏ ZƏMANƏTLƏR DƏ DAXİL OLMAQLA, LAKİN ONLARLA MƏHDUDLAŞMAMAQ ŞƏRTİLƏ DOLAYISI İLƏ VERİLƏN ZƏMANƏTLƏRDƏN İMTİNA EDİRİK.

BU VEBSAYTDAKI MƏLUMATLARDAN İSTİFADƏ MÜƏYYƏN RİSK DAŞIYIR VƏ BELƏ İSTİFADƏ İLƏ SİZ YARANA BİLƏCƏK RİSKLƏRİ KÖNÜLLÜ OLARAQ QƏBUL ETMİŞ OLURSUNUZ, HƏMÇİNİN, XİDMƏT VƏ YA MƏLUMATLAR ÜZRƏ İTKİLƏR DAXİL OLMAQLA, LAKİN ONLARLA MƏHDUDLAŞMAMAQ ŞƏRTİLƏ, HƏMİN MƏLUMATLARDAN İSTİFADƏ NƏTİCƏSİNDƏ YARANAN ZƏRƏRƏ GÖRƏ MƏSULİYYƏT VƏ RİSK ÖHDƏLİYİ DAŞIYIRSINIZ. BİZ, MÜQAVİLƏNİN İCRASI, QANUNVERİCİLİK AKTLARININ TƏTBİQİ VƏ YA QANUNSUZ HƏRƏKƏTLƏR (DİQQƏTSİZLİK DAXİL OLMAQLA, LAKİN ONUNLA MƏHDUDLAŞMAMAQLA) VƏ YA BU VEBSAYTIN İSTİFADƏSİ İLƏ ƏLAQƏDAR HƏR HANSI DİGƏR SƏBƏBLƏRDƏN BİRBAŞA, DOLAYI, TƏSADÜFİ VƏ YA CƏRİMƏ KİMİ MÜƏYYƏN OLUNAN ZƏRƏRLƏR ÜZRƏ ONLARIN BAŞ VERMƏ EHTİMALININ BİZƏ MƏLUM OLDUĞU VƏ YA BİZƏ BİLDİRİLMƏLİ OLDUĞU, LAKİN BİLDİRİLMƏDİYİ HALLARA GÖRƏ MƏSULİYYƏT DAŞIMIRIQ.

BU VEBSAYTDAKI MÜƏYYƏN KEÇİDLƏR SİZİ BİZİM NƏZARƏTİMİZDƏ OLMAYAN ÜÇÜNCÜ TƏRƏFLƏRƏ AİD VEBSAYTLARA, RESURSLARA VƏ YA ALƏTLƏRƏ YÖNLƏNDİRƏ BİLƏR. QEYD EDİLƏNLƏRDƏN HƏR HANSI BİRİNƏ MƏHDUDİYYƏT QOYMADAN BELƏ VEBSAYTLAR, RESURSLAR VƏ ALƏTLƏR İLƏ ƏLAQƏDAR BİRBAŞA VƏ YA DOLAYI BƏYANAT VƏ YA ZƏMANƏTLƏR VERMİRİK VƏ BELƏ VEBSAYTLARDAN, RESURSLARDAN VƏ ALƏTLƏRDƏN HƏR HANSI BİRİNƏ KEÇİDLƏR ONLARIN VƏ YA ONLARDA OLAN MƏLUMATLARIN BİZİM TƏRƏFİMİZDƏN DƏSTƏKLƏNMƏSİ KİMİ ŞƏRH EDİLMƏMƏLİDİR.

YUXARIDA QEYD EDİLMİŞ MƏSULİYYƏTDƏN İMTİNA VƏ MƏSULİYYƏT ÜZRƏ MƏHDUDİYYƏTLƏR MÜQAVİLƏ, NİZAMNAMƏ, DELİKT (DİQQƏTSİZLİK DAXİL OLMAQLA, LAKİN ONUNLA MƏHDUDLAŞMAMAQLA) ƏSASINDA VƏ YA HƏR HANSI DİGƏR ƏSASDA QANUNVERİCİLİKLƏ YOL VERİLƏN TAM HƏCMDƏ TƏTBİQ EDİLİR.

Əlavə şərtlər

Bu İstifadə Şərtlərinin hər hansı müddəası və ya müddəaları etibarsız olarsa və ya hər hansı bir yurisdiksiyada tətbiq oluna bilməzsə, (i) etibarlı olması üçün həmin yurisdiksiyada qanunvericiliyin yol verdiyi maksimum səviyyədə belə müddəaya və ya müddəalara, tərəflərin məqsədini qoruyub saxlamaqla, dəyişiklik edilməli, digər müddəalar isə tam qüvvədə və etibarlı qalmalıdır və (ii) istənilən digər yurisdiksiyada İstifadə Şərtləri tam qüvvədə və etibarlı qalmalıdır.

Biz, istənilən zaman öz mülahizəmizə uyğun olaraq, bu İstifadə Şərtlərinə düzəlişlər edə və müvafiq dəyişikliklər olunmuş belə şərtləri İstifadə Şərtləri keçidinə (yəni hazırda daxil olduğunuz veb səhifə) və ya Vebsaytın digər bir hissəsinə daxil edə bilərik. Belə düzəlişlər, tərəfimizdən başqa cür göstərilməzsə, daxil edildikdən sonra sizə də şamil olunacaq. İstifadə Şərtlərindən xəbərdar olmaq üçün bu səhifəni izləməyiniz tövsiyə edilir. Müvafiq dəyişikliklərdən sonra bu Vebsaytdan istifadəyə davam etməklə siz düzəliş olunmuş İstifadə Şərtlərini qəbul etmiş hesab olunursunuz.

SAMADOVLAW.COM
SAMADOVLAW.COM SAMADOVLAW.COM